Rəsmən: Mik Şumaxer Mercedes-ə keçib

Mercedes komandası Mik Şumaxeri ehtiyat sürücü kimi heyətinə qatıb.

F-1.az xatırladır ki, almaniyalı sürücü bu gün Ferrari Sürücü Akademiyasından ayrılmışdı. Hazırda heç bir yerdə yarışmayan 23 yaşlı pilota Mercedes sahib çıxıb və onu ehtiyat sürücü kimi heyətinə qatıb.

Beləliklə, əfsanəvi Mixael Şumaxerin oğlu gələn il W14-ün inkişafında əsas rol oynayacaq. O, bazada silmulyatorda da işləyəcək. Bundan başqa bütün yarışlarda Mercedes-in boksunda ejtiyat sürücü kimi gözləyəcək.

Mik Şumaxer: “2023-cü ildə Mercedes komandasında ehtiyat sürücü kimi çıxış edəcəm. Formula1 gözəl dünyadır və burada həmişə öyrənirsiniz. Mercedes-də daha çox şey öyrənmək üçün əlimdən gələni edəcəm”.

Toto Volff: “Mik istedadlı sürücüdür və komandaya qoşulmasına görə sevinirik. Çox çalışqan və sakit insandır. Sürücü kimi davamlı yeni bir şey öyrənmək istəyir. Bunlarhamısı vacib şeylərdir. W14-ün inkişafında iştirak edəcək və həyəcanlıyıq.

Bundan başqa ikiillik təcrübəsi var. Bu isə o deməkdir ki, ehtiyac olanda Rassell ya həmiltonu əvəz edəcək”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*