F-1.az xatırladır ki, almaniyalı sürücü 2018-ci ildə Ferrari-nin sürücü akademiyasına qatılmışdı. 2021-ci ildə Haas komandası ilə Formula1-də debüt edən Mik burada gözləntiləri qarşılamamış və 2022-ci ilin sonunda komanda ilə yolları ayrılmışdı.
Haas bəs deyilmiş kimi Ferrari Gənc Sürücü Akademiyası da əfsanəvi Mixael Şumaxerin oğlu ilə yolları ayırıb.
Ferrari bu barədə belə açıqlama verib: “Scuderia Ferrari və Mik Şumaxer dördillik tərəfdaşlığın ardından yollarını ayırmağa qərar verdilər. Mikə təşəkkür edirik və ona uğurlar arzulayırıq”.