Rəsmən: Meksika 2025-ci ilin sonuna qədər təqvimdə olacaq

2015-ci ildə Formula1-ə qayıdan Meksika Qran Prisi 2025-ci ilin sonuna qədər təqvimdə olacaq.

F-1.az xatırladır ki, Rodriqes Qardaşları adına olna tras 2015-ci ildə 22 illik fasilədən sonra təqvimə qayıtmışdı. Bu tras dəniz səviyyəsindən yüksəliyinə görə fərqlənir. Bundan başqa azarkeşlər Serxio Peresə böyük dəstək verirlər və trasda ab-hava başqadır.

Stefano Domenikali: “Meksikada daha üç il yarışacağıq və buna görə sevincliyik. Yarışa maraq böyükdür və bura yığışan publika çox coşğuludur. Buradakı ab-hava inanılmazdır. Bu xəbət hamını həyəcanlandıracaq”.

 

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*