Rəsmən: McLaren Norrislə müqavilə uzadıb

​​McLaren komandası Lando Norrislə uzunmüddətli müqavilə imzaladığını açıqlayıb...

F-1.az xatırladır ki, 22 yaşlı sürücünün komanda ilə müqaviləsi ilin sonunda bitəcəkdi. Britaniya komandası yerli sürücünün mövsümə uğurlu startından sonra ona inamın artırıb və gələcəyini gənc sürücünün potensialı ilə bağlayıb.

Lando Norris: “McLaren ilə olan müqaviləmi daha 1 il uzatdığım üçün çox xoşbəxtəm. Demək olar ki, beş ildir buradayam. Komandanın bir hissəsiyəm. Karyerama başqa yerdə davam etməyi xəyal etməzdim. McLaren mənə aşağı seriyalarda dəstək oldu və burada olmaqdan həmişə həzz aldım.

Məqsədim burada yarışlar qazanıb, Formula1 üzrə Dünya Çempionu olmaqdır. Bunu burada etmək istəyirəm. 2017-ci ildən bəri inkişaf edirik və böyük hədəflərimiz var”.

Qeyd edək ki, Lando Norris Formula1-də McLaren komandası ilı 2018-ci ildə debüt edib. 46 yarışa çıxan gənc pilot iki dəfə podiuma yüksəlib.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*