F-1.az xatırladır ki, dünən Britaniya təmsilçisinin əməkdaşlarından birində koronavirusun əlamətləri aşkar edilmişdi, mühəndis təcrid olunmuş və ondan zəruri analizlər götürülmüşdü.
Hazırda yerli xəstəxanada müalicə olunan əməkdaşın analizinin nəticəsi müsbət olub. Komanda hadisələrin belə bir inkişafına hazır olub və karantində qalacaq bu işçiyə davamlı dəstək göstərir.
Bir az öncə McLaren Racing-in baş direktoru Zak Braun və komandanın başçısı Andreas Zaydl yarışdan geri çəkilmək qərarlarını Formula1-ə və FİA rəhbərliyinə bildiriblər: “Bu qərar təkcə McLaren-in işçiləri və tərəfdaşları üçün deyil, eyni zamanda Formula1-dəki rəqiblərimiz, azarkeşlərimiz və digər şəxslərin qayğısına qalmaq məsuliyyətimiz əsasında qəbul edilib..”