F-1.az xatırladır ki, McLaren keçən il Petrobras şirkəti ilə tərəfdaşlığa son vermişdi. Bu gün isə Britaniya komandasının Gulf şirkəti ilə anlaşdığı məlum olub.
Müqaviləyə əsasən McLaren-in bolidləri Gulf şirkətinin rənglərinə boyanacaq. Gulf loqotipləri isə bu həftəki Britaniya yarışından etibarən McLaren bolidinin mühərrik qapağında, güzgülərində və sürücülərin paltarlarında olacaq.
Zek Braun: “Gulf-ın McLaren-ə qayıtmasına görə xoşbəxtik. İki əfsanəvi firmanın yolları yenidən kəsişdi. Gulf bizim komandanın tarixinin bir parçasıdır. Onlar mükəmməlliyyətçilikləri ilə seçilirlər. Buna görə də McLaren-ə uyğundurlar. Tərəfdaşlığımız üçün həyəcanlıyam”.
Qeyd edək ki, iki şirkət 1968-1973-cü illərdə tərəfdaş olublar və çoxlu uğurlar qazanıblar.