F-1.az xatırladır ki, hər iki sürücü Britaniya komandasına bu il gəlsə də, komandaya tez öyrəşiblər. McLaren hazırda Mühəndislər Kubokunda dördüncüdür və ən yaxın rəqibini 20 xal qabaqlayır. Uzun müddətdən sonra belə gözəl mövsüm keçirən “narıncılar” gələn il də bu heyəti qoruyacaqlar.
Qeyd edək ki, Sayns hazırda Sürücülər Çempionatında 7-ci, Norris isə 8-ci yerdədir.