Rəsmən: Maykl Masi vəzifəsindən azad edilib

FİA-nın yarış direktoru Maykl Masi vəzifəsindən azad edilib.

F-1.az xatırladır ki, avstraliyalı mütəxəssis 2018-ci ildə Çarli Vaytinqi əvəz etmişdi. Amma 2021-ci ildəki səhv qərarları onu vəzifəsindən edib.

FİA-nın yeni başçısı Muhəmməd ben Sulayem açıqlama yayıb. Bizi maraqlandıran hissə:

Nəzərinizə çatdırmaq istəyirəm ki, Barselona testlərindən başlayaraq yeni yarış idarəetmə komandası fəaliyyətə başlayacaq.

Nils Vittiç və Eduardu Freytaş növbə ilə yarış direktoru, Herbi Blaş isə daimi baş məsləhətçi vəzifəsini daşıyacaqlar.

Çarli Vaytinqdən sonra üç il ərzində Formula1-in Yarış Direktoru vəzifəsini icra edən Maykl Masiyə FİA-da yeni vəzifə təklif olunacaq.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*