Rəsmən: Mayk Krak Aston Martin-nin yeni rəhbəridir

Aston Martin komandasının yeni rəhbəri Mayk Krak olub.

F-1.az xatırladır ki, bir müddət əvvəl Otmar Safnauer Aston Martin-dən ayrılmışdı. Onun əvəzinə Martin Vitmarşın keçəcəyi iddia olunurdu.

Ancaq bu gün verilən açıqlamada bildirilib ki, Otmarı Mayk Krak əvəz edəcək. Qeyd edək ki, Mayk 2014-cü ildən bəri BMW Motorsport-un rəhbəri idi. O, daha əvvəl Sauber və BMW-Sauber ilə Formula1-də də işləyib.

Mayk Krak: “Aston Martin komandasının rəhbəri olmaq həyəcanvericidir. Lorensə və Martinə bu fürsətə görə təşəkkür edirəm. Aston Martin dünyanın ən böyük avtomobil şirkətlərindən biridir. Onlarla Formula1-də uğur qazanmaq üçün əlimdən gələni edəcəm.

İyirmi ildən çoxdur ki, avtoidmandayam. 2006 və 2007-ci illərdə BMW-də mühəndis idim. O vaxtlar Fettel komandada test pilotu idi. Bir yerdə işləmişdik. Onun sürətinə və istedadına hörmət edirəm. Onunla yenidən işləmək gözəl olacaq. Ləns Stroll da sürətli və istedadlı pilotdur. 100 yarışa çıxıb və onunla yaxından işləməyi səbirsizliklə gözləyirəm.

Bu komanda mənə həmişə təsir edib. İstedadlı insanlar və sürətli yarışçılar var. Əlimizdən gələni edəcəyik ki, uğurlu olaq”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*