F-1.az xatırladır ki, britaniyalı mütəxəssis 1989-cu ildən 2014-cü ilə qədər McLaren-də işləmişdi. O, 2008-ci ildən başlayaraq komanda rəhbəri vəzifəsinə keçmişdi. Vitmarş Formula1-dən ayrıldıqdan sonra müxtəlif layihələrdə işləmişdi.
Lourens Stroll: “Martin lider mövqeyindən həzz alacaq. Strategiya seçmək üçün mənə köçək edəcək. Əsas vəzifələrindən biri komandanı 5 il ərzində Formula1-də Dünya Çempionu etməkdir və qısa müddət ərzində 1 milyard dollarlıq biznesə çevirməkdir.
Martin avtoidmanda, avtomobil, avia və dənizçilik sektorunda işləyib. Onun uğurlu karyerası var. Formula1-də qalib gəlib və bizə çox dəyərli məsləhətlər verə bilər”
Martin Vitmarş: “Uzun illəridir ki, Lourensi tanıyıram və ona heyranam. Onun ağlına və hirsinə həmişə heyran olmuşam. Eyni zamanda potensiallarından daha yaxşı nəticə əldə edən “Silverstoun Komandası”na (Aston Martin) həmişə hörmət eləmişəm.
Lourens istəyir ki, Aston Martin Formula1-də Dünya Çempionu olsun. Əgər bu hədəfə inanmasaydım, bu layihəyə qoşulmazıdm. Formula1-də qalib gəlmək üçün nələrin lazım olduğunu bilirəm. Əlimdən gələni edəcəm”.