Rəsmən: Markes Fransada qayıdır

Repsol Honda komandasının sürücüsü MArk MArkes bu həftəsonu yenidən MotoGP-də yarışacaq.

F-1.az xatırladır ki, ispaniyalı sürücü mövsümün ilk yarışı olan Portimaoda Migel Oliveyra ilə insidentə qarşımış və barmağı qırılmışdı. Buna görə də o, Argentina, ABŞ və Xeres yarışlarında iştirak edə bilməmişdi. Lakin səkkizqat Dünya Çempionunun bu həftəsonu Fransada sükan arxasına qayıdacağı rəsmiləşib.

Mark Markes: “Repsol Honda komandasına qayıtdığım və yenidən motosikletə mindiyim üçün çox sevincliyəm. Bundan başqa son həftələrdə mənə göstərdikləri peşəkarlığa və verdikləri tövsiyəlrə görə həkimlərə də təşəkkür etmək istəyirəm.

Sözün açığı, sürücü olaraq həmişə bacardığınız qədər tez qayıtmaq istəyərsiniz, amma belə zədədən sonra düzgün formada sağalmaq istəyərsiniz. İndi isə zədəmlə bağlı narahatçılıq yaşamadan geri qayıdıram. Görək Fransa Qran Prisində nələr olur və bundan ən yaxşı formada istifadə etməyə çalışacağıq”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*