Rəsmən: Markes Assendə də yarışmayacaq

Repsol Honda komandasının sürücüsü Mark Markes zədə səbəbindən Assen yarışından da çəkilib.

F-1.az xatırladır ki, ispaniyalı sürücü Almaniya Qran Prisində 5 dəfə yıxılmış və biləyini zədələmişdi. Bundan başqa onun qabırğaları da qırılmışdı. Buna görə də Almaniya yarışından çəkilmişdi.

Altıqat Dünya Çempionu Assendə həm sərbəst yürüşlərdə, həm də sıralanma turunda qəza edib. O, sprint yarışını bitirsə də, xal qazana bilməmişdi.

30 yaşlı sürücünün bazar günü səhər zədələri yenidən özünü göstərib. Buna görə də tibbi müayinədən keçə bilməyib. Bunun nəticəsində o, Assendəki əsas yarışdan çəkilməli olub.

Açıqlamada bildirilib ki, Markes Almaniyada əmələ gələn və Assendə ağırlaşan zədəsinə görə yarışda iştirak edə bilməyəcək. Beləliklə, Markes ardıcıl ikinci yarışı buraxmalı olacaq.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*