RƏSMƏN: Marçin Budkovski Alpine komandasını tərk edib

Alpine komandası icraçı direktoru Marçin Budkovski ilə əməkdaşlığı dayandırdığını açıqlayıb.

F-1.az xəbər verir ki, 2022-ci il mövsümünün hazırlığını təmin etmək üçün komandanın idarəçiliyi müvəqqəti olaraq Loran Rossiyə həvalə olunub.

Loran Rossi: “Mən Marçin Budkovskiyə işə sadiqliyinə və son dörd il ərzində komandanın nəticələrinə verdiyi töhfəyə görə təşəkkür etmək istəyirəm. Komanda bütün diqqətini yeni maşını Bəhreyndə keçiriləcək ilk yarışa hazırlamağa və növbəti addımı atmağa cəmləyib”.

Marçin Budkovski: “Renault komandasının, sonra isə Alpine-in yüksək menecmentinin bir hissəsi olmaq mənə çox xoş idi. Sevinirəm ki, belə istedadlı və fədakar insanlarla işləyə bilmişəm. Qarşıdakı mövsümlərdə komandanın tərəqqisini maraqla izləməyə davam edəcəyəm”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*