Rəsmən: Maqnussen Haas ilə Formula1-ə qayıdır

Haas komandası Nikita Mazepinin əvəzinə keçmiş sürücüsü Kevin maqnussenin komandaya gətirib.

F-1.az xatırladır ki, Rusiya ordusunun Ukraynanı işğal etməsi ilə Amerika komandası sponsoru Urlkali və sürücüsü Nikita Mazepinlə yollarını ayırmışdı. Onun əvəzinə əsas namizədlər Pyetro Fittipalti, Antonio Covinatsi, Niko Hülkenberq və Kevin Maqnussen idi. Lakin Haas komandası köhnə sürücüsü Maqnusseni seçib.

Qeyd edək ki, danimarkalı sürücü 2017-2020-ci illərdə Haas komandasının şərəfini qorumuşdu.

Kevin Maqnussen: “Haas komandası mənə zəng edəndə çox təəccübləndim və həyəcanlandım. 2022-ci il üçün başqa planlarım olsa da, çox yaxşı tanıdığım Haas ilə Formula1-ə qayıtmaq mənə cəlbedici gəldi. Formula1 karyeramı davam etdirməyimə kömək etdikləri üçün Cin Haas və Günter Ştaynerə təşəkkür edirəm. Aramız həmişə yaxşı idi və 2020-ci ildə komandadan ayrılanda belə münasibətimiz korlanmamışdı. VF-22-nin təkmilləşməsi və paketin potensialı barədə çox məlumat aldım. Görüləsi işlər olsa da, komandada olacağım üçün həyəcanlıyam. Bəhreyndə Formula1 bolidinin sükanı arxasına keçmək üçün səbirsizlənirəm”.

Günter Ştayner: “Kevin Maqnusseni yenidən Haas komandasında gördüyüm üçün sevincliyəm. Komandaya dəyər qatacaq sürücü axtarırdıq. Kevin bizim üçün ən doğru seçim idi. Onun təcrübəsindən danışmağa dəyməz. Ondan maksimum dərəcədə faydalanacağıq. Sabah sükan arxasına Pyetro keçəcək. Qalan günlər isə Mik ilə Kevin işləyəcəklər”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*