F-1.az xatırladır ki, danimarkalı pilot Haas-a 2017-ci ildə qoşulmuşdu. Amma 28 yaşlı sürücünün son illərdə çox insidentə qarışması Amerika təmsilçisinin səbir kəsasını doldurub.
Kevin Maqnussen: “2020-ci il Haas ilə son mövsümüm olacaq. Son dörd ildə komanda ilə əla vaxt keçirdim və geriyə baxanda üzüm gülür. Burada yarışmaqdan həzz aldım və sürücü kimi təkmilləşdim. Cin Haasa və Günter Ştaynerə təşəkkür edirəm. Gələcək planlarımı tezliklə açıqlayacam. Mövsümün bitməsinə 6 yarış var. Mövsümü ən yaxşı formada bitirəcəm”.