Rəsmən: Malayziya Qran Prisi təqvimdən çıxıb

Malayziya Qran Prisi bu il sonuncu dəfə keçiriləcək. Tras rəhbərliyi ilə Formula1 rəhbərliyi arasında aparılan danışıqlardan sonra Sepanq trası vaxtından əvvəl - 2018-ci ildə təqvimdən çıxacaq.

F-1.az xatırladır ki, Sepanq trası Formula1-də 1999-cu ildə debüt etmişdi və trasın müqaviləsi 2018-ci ildə bitəcəkdi. Amma yarışda tribunalar boş olduğu və təşkilati işlərə çoxlu pullar xərcləndiyi üçün tras rəhbərliyi qayğılanmağa başlamışdı.

Buna görə də tras rəhbərliyi Liberty Media ilə danışıqlara başlayıb və müqaviləni ləğv ediblər. Beləliklə, Malaziya yarışı bu il sonuncu dəfə keçiriləcək.

Formula1-in komersiya işləri üzrə direktoru Şon Bratçes bu barədə belə danışıb: “Formula1 ailəsindən birinin ayrılması, onlara əlvidə demək həmişə məyusedicidir. Formula1-də təxminən 20 il qaldılar və malayziyalı azarkeşlər istəkli fanlardan idilər. 2018-ci ildə təqvimdə 21 yarış olacaq. Almaniya və Fransa təqvimə qayıdacaqlar”.

Qeyd edək ki, Malayziyada Formula1 vaxtı tribunalar dolmasa da, MotoGP yarışlarında tribunalar ağzına kimi dolur.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*