Rəsmən: Macarıstan Qran Prisi 2032-ci ilə qədər təqvimdə qalacaq

Formula1 rəhbərliyi Macarıstan Qran Prisində bir sürprizə imza ataraq, Hunqarorinq trasının müqaviləsini 2032-ci ilə qədər uzadıb.

F-1.az xatırladır ki, Hunqarorinq 1986-cı ildən bəri Formul1-i qəbul edir. Bu tras bu ilə qədər yay tətilindən əvvəl son yarış idi.

Trasın 2027-ci ilin sonuna qədər müqaviləsi var idi. Ancaq tərəflər erkəndən müqavilə uzadıblar və hazırkı müqavilə daha 5 il uzadılıb. Beləliklə, Macarıstan Qran Prisi təqvimdə qalmağı daha 5 il təmin etdi.

Formula1-in rəhbəri Stefano Domenikali: “Hunqarorinqdə həyəcanlı həftəsonu keçərkən yeni müqaviləni sizlərə bildirmək çox əla oldu. Bu tras Budapeştin yaxınlığında yerləşir və çox gözəldir. Bütün azarkeşlər və sürücülər buranı səbirsizliklə gözləyirlər. Tras rəhbərliyinin buranı təkmilləşdirməsi də çox vacib addımdır. Bütün traslardan belə addım gözləyirik”.

Hunqarorinq trasının rəhbəri Zsolt Gyulay: “Formula1-in müaviləni uzatmasına görə qürurluyuq. Hazırda Formula1-in populyarlığı artır və təqvimə çoxlu traslar girmək istəyirlər. buna görə də müqavilə uzatmaq böyük uğurdur.

Trasımızdakı dəyişikliklər 2026-cı ilin sonunda bitəcək. Məqsədimiz komandaları, sürücüləri, azarkeşləri yüksək standartlı trasda qəbul etməkdir. Bu layihənin üzərində 8 il əvvəl işləməyə başalmışıq. Müqaviləni uzatmaq isə gördüyümüz işin bəhrəsidir. Buna görə də bu işdə əməyi olan hər kəsə təşəkkür edirəm. Hunqarorinqdə daha uzun illər yarış keçirməyi səbirsizliklə gözləyirəm”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*