F-1.az bildirir ki, əfsanəvi Mixael Şumaxerin oğlu testlərin ilk günündə Ferrari-nin, ikinci günündə isə Alfa Romeo-nun sükanı arxasına keçəcək.
Mattia Binotto: “Ferrari Sürücü Akademiyasının dəyərinə inanırıq. İstedadlı gənclər üçün yüksək səviyyəli proqramdır və Şarlın hazırda komandamızda yarışması bunun isbatıdır. Mik və Kalluma Formula1 bolidi sürmək şansı verdik və sevincliyik. Bu testlər onların karyerası üçün vacib olacaq”.
Alfa Romeo komandasının rəhbəri Frederik Vassyör isə bildirib ki, testlərin ilk günündə Kallum Aylott, ikinci günündə isə Mik Şumaxer trasa çıxacaq: “Gənc istedadları tapmaq və onları dəstəkləmək komandamızın genində var. Bu iki gənc sürücü ilə işləmək gözəldir və onların trasa çıxacağı günü səbirsizliklə gözləyirik”.
Mik Şumaxer isə həyəcanlı olduğunu deyib: “Sözün düzü həyəcanlıyam və bu şansı mənə verdikləri üçün üçün Ferrari və Alfa Romeo komandalarına təşəkkür edirəm. Gözəl təcrübə olacaq. Bunu səbirsizliklə gözləyirəm. Amma əsas Formula2-dəki ilk yarışımdır”.