Mercedes AMG komandası bir az öncə təsdiq edib ki, Lyuis Həmiltonla üçillik müqavilə imzalanıb: f-1.az xatırladır ki, britniyalı sürücü indiki komandasında 2018-ci ilin sonuna kimi qalacaq….
Lyuis Həmilton: “Mercedes mənim evimdir və mən çox xoşbəxtəm ki, daha 3 il burda qalacam. Bu şirkətdə hamı yarışları sevir, idarə heyətinin üzvlərindən tutmuş zavod işçilərinə kimi, hamının da məqsədi qələbə qazanmaqdır.
Hətta keçən il qazandığımız qələbədən sonra qələbə əzmkarlığı bizi tərk etməyib – mən də növbəti qələbəyə hazıram. İndi çıxış etdiyim maşın karyeram ərzində əlimdə olan ən güclü maşındır. Hər yarış həftəsonu bu maşının sükanı arxasında işimdən ləzzət alıram.
Mercedes-Benz məni 1998-ci ildən dəstəkləyir və mən fəxr edirəm ki, yeni müqaviləm sayəsində 2018-ci ildə bizim əməkdaşlığın 20 illiyini birlikdə qeyd edəcəyik”.
Toto Volff, Mercedes-Benz Motorsport: “Sabitlik Formula1-də uğurun vacib faktırlarından biridir və indi biz sürücüheyətinin stabilliyini də təmin etdik. Lyuisin komandamızdakı keçənilki mövsümü tarixə yazılıb və 2015-ci ildə bizim məqsədimiz müqviləni uzatmaq idi.
Bizim kifayət qədər vaxtımız var idi, biz tələsmirdik. Uzun sürən danışıqların yekununda Lyuisin Mercedes-Benz brendi ilə əlaqələri daha da möhkəmlənəcək. Lyuisin trasda uğurları onun istedadından xəbər verir. Şəxsən mən çempionatın ən güclü sürücü dueti ilə əməkdaşlığı davam etdirməyimizə çox şadam – biz birlikdə tarix yazacayıq!”