Rəsmən: Loren Mekis Ferrari-dən ayrılıb. Onu Yoverno əvəz edəcək

Ferrari komandası Loren Mekis ilə yollarını rəsmən ayırıb. Fransalı mütəxəssisi Diyeqo Yoverno əvəz edəcək.

F-1.az xatırladır ki, Loren Mekis komandanın idman direktoru idi. Lakin o, bir neçə ay əvvəl AlphaTauri-nin rəhbəri olmaq təklifini qəbul etmişdi və gələn ildən bu vəzifəsini icra etməyə başkayacaq.

Onun Ferrari-dən nə vaxt ayrılacağı müəmmalı idi, amma bu həftəsonu tərəflər yollarını ayırırlar. Fransalı mütəxəssis bu həftəsonu Belçikada komanda körpüsündə olmayacaq.

Loren Mekis 4 il yarım idi ki, Ferrari-də işləyirdi. “Qırmızılar” bu müddət ərzində 7 qələbə qazanıblar.

Ferrari komandası belə açıqlama verib: “Bütün bu illər ərzində verdiyi qatqılara görə Lorenə təşəkkür edirik”.

Belçika Qran Prisindən etibarən Loren Mekisi komanda körpüsündə Diyeqo Yoverno əvəz edəcək. Yoverno həm sportiv işlərlə maraqlanacaq, həm də FİA ilə görüşlərdə yer alacaq.

Qeyd edək ki, Yoverno 23 ildir ki, Maranelloda işləyir.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*