F-1.az xatırladır ki, gənc sürücünün milyarder atası Lourens Stroll yayda Force İndia komandasını satın alaraq iflasdan xilas etmişdi. Bundan başqa kanadalılar komandanın adını dəyişərək, Racing Point qoymuşdular. Beləliklə, Jordan olaraq yaranan komanda Spyker, Midland və Force İndia-dan sonra 4-cü dəfə adını dəyişmişdi.
Ləns Stroll: “Bu, Formula1 karyeramdakı inanılmaz yolun başlanğıcıdır. Gözəl ənənəsi olan komanda ilə işləmək üçün səbirsizlənirəm. Bu, yeni mübarizədir və dəyərləndirmək üçün həyəcanlanıram”.
Otmar Safnauer: “Lənsin transferinə görə sevincliyəm. O gənclik, istedad və təcrübənin mükəmməl qarışığıdır. 20 yaşı olmasına baxmayaraq, ikiillik Formula1 təcrübəsi, bir podiumu və ilk cərgə startı var. Onda potensial görürük və özünü göstərə bilər. Komandamız gənc sürücüləri yarışdırmaqdan həzz alır və Lənsi komandaya gətirdiyimiz üçün xoşbəxtik. Bundan başqa Okona da ikiillik xidmətinə görə təşəkkür edirik və uğurlar arzu edirik”.