F-1.az xatırladır ki, monakolu sürücü sjootout-un ilk sessiyasında McLaren komandasından Oskar Piastrini əngəlləmişdi. Çox sürətli 8-ci döngədə əngəllənən Piastri isə bu barədə komandasına radiodan məlumat vermiş və Leklerin bu hərəkəti stüardlar tərəfindən qeydə alınmışdı. FİA yarışdan sonra insidenti araşdırıb. Nəticədə monakolu sürücüyə sprint yarışının startında 3 yer itirmək cəzası verilib.
İnsident sprint yarışının sıralanma turu olan shootout-da baş verdiyi üçün cəza da yalnız sprint yarışı üçün keçərlidir. Beləliklə, Şarl Lekler bugünlü sprint yarışına 9-cu yerdən başlayacaq. Yarışın startı isə Bakı vaxtı ilə 19:30-da olacaq.