F-1.az xatırladır ki, monakolu sürücü 2017-ci ildə Formula2 üzrə Dünya Çempionu olduqdan sonra 2018-ci ildə Sauber komandasında debüt etmiş və yaxşı nəticələr göstərmişdi. 2019-cu ildə Dünya Çempionu Kimi Rəykkönenin əvəzinə Ferrari-yə transfer olan 22 yaşlı pilot 7 poul və 2-i qələbə olmaqla 10 podium qazanmaqla mövsümü 4-cü yerdə – komanda yoldaşı dördqat Dünya Çempionu Sebastyan Fettelin önündə bitirib.
Şarl Lekler: “Scuderia Ferrari-də qalacağım üçün xoşbəxtəm. Keçən mövsüm Formula1-in ən şanlı komandası ilə yarışdım və bu, şirin yuxu kimi idi. Gərgin və həyəcanlı keçən 2019-cu ildən sonra komanda ilə uzunmüddətli münasibətin həzzini yaşamaq istəyirəm. Gələn il sürmək üçün çox səbirsizlənirəm”.
Mattia Binotto: “Bu il bütün yarışlardan sonra Şarlla müqavilə uzatmağı daha çox istədik. Bu qərarla onunla daha 5 il keçirəcəyik. Bu da o deməkdir ki, Şarlın Ferrari ilə daha yaxşı gələcəyi olacaq. Şarl 2016-cı ildən ailəmizin bir hissəsidir və sürücü akademiyamızın belə nəticələrinə görə qürurluyuq. Əminəm ki, onunla birlikdə “Şahə qalxan atın” tarixində yeni səhifələr yazacağıq”.