Rəsmən: Lekler cərimələnib

Ferrari komandasının sürücüsü Şarl Lekler yeni daxiliyanma mühərriyi və turboya keçdiyi üçün ABŞ yarışının startında 10 yer itirəcək.

F-1.az bildirir ki, bu monakolu sürücünün 6-cı daxiliyanma mühərriyi və turbosudur. Deyilənə görə Leklerin motorunun resursu tükənmişdi və buna görə də Yaponiyada mühərriyin gücü azaldılıb.

Həm də yeni motorda etibarlılıq artıb. İtaliya mətbuatı xəbər verir ki, yeni motor 2023-cü il üçün vacib olacaq. Bu motorda 2023-cü il üçün testlər aparılacaq. Ferrari dəyişiklikləri FİA-ya təqdim edib və bəyan edib ki, dəyişikliklər etibarlılığı artırmaq üçündür. FİA da bunu qəbul edib və dəyişikliklərə icazə verib.

 

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*