F-1.az xatırladır ki, finlandiyalı sürücü karyerası ərzində 18 ralli qazanıb və “Çempion olmadan ən çox ralli qazanan sürücü” statusu ondadır.
O, 2019-cu ildə tamzamanlı ralli karyerasını sonlandırıb və 2020-ci ildə Toyota komandasına rəhbər gəlib. Yaponiyalı istehsalçı onun dövründə uğurlu olub və iki ildir ki, həm Sürücülər, həm də Mühəndislər Kuboku Toyota-nın olur.
Lakin növbəti ay o, komanda rəhbərliyi etməyəcək, çünki Finlandiyada Toyota GR Yaris-in sükanı arxasına keçəcək. O, son dəfə 2020-ci ilin İsveç Rallisində yarışıb və iki ildən sonra yenidən iş başına qayıdacaq. Onun şturmanı Yuho Hanninen olacaq.
Finlandiya Rallisi vaxtı – avqustun 3-6-da komanda rəhbərliyini Toyota-nın idarə heyətinin rəhbəri Akio Toyoda edəcək.
Hari-Matti Latvala: “Hekayə 2022-ci ilin bitimindən sonra Yaponiyada prezidentimiz Morizo ilə danışanda başladı. Ona dedim ki, ralli maşınının sükanı arxasına keçməyi xəyal edirəm, çünki son 20 ildə bütün WRC maşınlarını və yeniliklərini sınamaq fürsətim olmuşdu. Rally1 təcrübəm isə heç yoxdur.
Morizo isə dedi ki, bunu edə bilərik, amma nə vaxt edəcəyimizə qərar vermədik. Lakin bu mövsüm 4 maşınla mübarizə aparmağa qərar verdik. Mövsümün əvvəlində Akio mənə dedi ki, bu il edə bilətik. Gəl edək.
Qısa müddətdən sonra Finlandiya Rallisinə gələcəyini dedi. Biz də düşündük ki, bu yaxşı fikir ola bilər. Akio mənim sükan arxasına keçməyimi istədi. Mən də ona dedim ki, onda komanda rəhbəri sən olacaqsan. Beləliklə, razılaşdıq”.
Latvala Rallidən əvvəl birgünlük test edəcək. Finlandiyalı sürücünün əsas hədəfi Rallini onluqda bitirməkdir: “İndidən etiraf edirəm ki, çox gərginəm. Çünki Finlandiyada sürmək ayrıcalıqdır. Bu sizin vətəniniz olanda və təqvimdəki ən yaxşı rallilərdən olanda özünüzü təmiz başqa cür hiss edirsiniz. Ən yaxşı nəticəni almaq çox çətin olacaq, çünki ilk dəfə Rally1 maşını ilə mübarizə aparıram.
2019-cu ildən sonra, yəni ki, dörd ildir yüksək səviyyəli ralli maşınına minməmişəm. Ancaq hədəfimiz bütün həftəsonu ərzində əylənmək və yaxşı vaxt keçirməkdir. Hədəfimiz budur: Hər etapdan sonra gülümsəmək.
Əgər bütün bunlardan sonra Rallinin 5-10-cu yerlərdə bitirsəm, doğrudan da xoşbəxt olacağam. Sadəcə 1 test edəcəm və sonra birbaşa ralliyə qatılacağam. Bu heç də asan deyil.
Əsas məqsəd təcrübə qazanmaq və yarışdan həzz almaqdır. Karyera barədə düşünmürəm”.