F-1.az xatırladır ki, kanadalı sürücü Williams ilə 2020-ci ildə Formula1-də debüt etmiş və yarışdığı 3 mövsümdə zəif performans göstərmişdi. 3 mövsümdə cəmi 7 xal topayan gənc pilot bu il Aleks Elbondan çox geridə qalır.
Nikolas Latifi: “Mənə 3 il şans verdikləri üçün Williams komandasına təşəkkür edirəm. İlk yarışım pandemiyaya görə təxirə salınmışdı. Yenə də Avstriyada mövsümü açmışdıq. İstədiyimiz nəticələri qazana bilməsək də, birlikdə yaxşı işlədik.
Keçən il Macarıstanda ilk xalımı almışdım və onu heç vaxt unutmayacağam. Gözəl anları həmişə xatırlayacam. Mövsümün sonuna qədər əlimizdən gələni edəcəyik”.
Williams-ın rəhbəri Yost Kopito: “Nikolasa komandadakı 3 ilə görə təşəkkür edirik. O, həmişə komandaya və işinə məsuliyyətlə yanaşıb. Əsl komanda oyunçusudur. Şirkətdə hamı onu sevir və hörmət edir. Onunla birlikdə keçirdiyimiz dövr sona çatır və mövsümün son yarışlarında ən yaxşı nəticəni qazanmaq üçün əlimizdən gələni edəcəyik. Ona uğurlar arzulayırıq”.