Rəsmən: L.Sarcent superlisenziya alsa, gələn il Williams-da yarışacaq

Williams komandasının rəhbəri Yos Kapito bildirib ki, Loqan Sarcent superlisenziya üçün lazımi xalları toplasa, gələn il komandada olacaq.

F-1.az xatırladır ki, amerikalı sürücü hazırda Formula2-də yarışır və turnir cədvəlində 3-cü yerdədir. Lakin onu 7-ci yerdəki Liam Lausondan 13 xal ayırır. Sarcent turnir cədvəlində beşliyə düşə bilməsə, superlisenziyasız qalacaq. Buna görə də gənc Loqan turnir cədvəlində yerini qorumaq üçün mövsümün son yarışı Əbu Dabidə uğurlu nəticə qazanmalıdır.

Yos Kapito: “O yarışmaq üçün hazırdır. Əgər superlisenziya üçün lazımi xalları toplasa, gələn il bizim pilotumuz olacaq”.

Qeyd edək ki, Sarcent dünən Williams ilə sərbəst yürüşlərə çıxaraq, superlisenziya üçün xal qazanıb. O əgər Meksika və Əbu Dabidə də sərbəst yürüşlərə çıxsa, süperlisenziya üçün 33 xal toplamış olacaq. Belə olan halda, superlisenziya almaq üçün ona Formula2-də yeddincilik də bəs edəcək.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*