F-1.az xatırladır ki, Britaniyalı sürücü 2013-cü ildə alman komandasına transfer olunmuş və geridə qalan 5 mövsümdə 3 Dünya Çempionluğu və 44 qələbə qazanıb.
Lyuis Həmilton: “Bu müqavilə formal xarakter daşıyır. Qışdan bəri Toto ilə danışırdıq. Kağız və qələmi əlimizə aldığımız yaxşı oldu. Artıq əvvəlki kimi davam edə bilərik. Mercedes yarış ailəsinin 20 ildir ki, üzvüyəm. Heç vaxt indiki kimi xoşbəxt olmamışdım. Hazırda önümə baxıram və qələbələr qazanıb 3 nöqtəli ulduzdan parlaq görünmək istəyirəm. Mercedes mənim üçün yaxşı yerdir”.
Toto Volff: “Lyuislə oturub danışmağa başladığımız gündən dedi-qodular gəzirdi. Amma insanların marağını anlayışla qarşılamalıyıq. Bu xəbəri vermək sevindiricidir. Bu həftə son sənədləri də imzaladıq və insanlara lazımi xəbəri verdik. Lyuis barədə çox danışmağa ehtiyac yoxdur. O, idman tarixinin ən yaxşılarından biridir. Rekordları və performansı onu təqdim edir”.