F-1.az xatırladır ki, Ostində sürücülərə iki dəst 2020-ci il təkərləri verilmişdi, amma sürücülərin hamısı yeni təkərlərdən narazı qalmışdı.
Əbu Dabi təkər testlərindən sonra da sürücülərin fikri dəyişməz olaraq qalıb və komandalar gələn il bu təkərlərdən istifadə etməmək üçün səsverməyə gediblər. Çempionat iştirakçılarından 7 komandanın yeni təkərlərin əleyhinə səs verməsi bu təkərlərdən imtina üçün yetrəli olsa da, 10 komandanın hamısı yekdilliklə əelyhinə səs verib. Beləliklə, komandalar növbəti mövsümdə də 2019-cu ilin təkərlərindən istifadə edəcəklər.
FİA bu barədə açıqlama yayıb: “2020-ci il təkərləri test edildikdən sonra səsvermə oldu. Komandalar 2019-cu ilin təkərləri seçdilər”.