F-1.az xatırladır ki, iki gün əvvəl “qırmızılar” Sebastyan Fettellə yollarını ayırdıqlarını elan etmişdilər, indi isə qarşıdakı iki mövsüm üçün Şarl Leklerin komanda yoldaşı məlum olub
Mattia Binotto: “Karlosun 2021-ci ildə Ferrari-yə qoşulacağını bildirməkdən məmnunam. Formula1-də beş mövsüm ərzində Carlos istedadını sübut edib və texniki hazırlıq və digər zəruri keyfiyyətləri nümayiş etdirib, buna görə də ailəmiz üçün idealdır.
Biz komanda tarixində yeni bir dövrə başlayırıq – məqsədimiz Formula1-in zirvəsinə qayıtmaqdır. Qarşıda çətinlikliklərlə dolu uzun bir yol var, xüsusən də indiki maliyyə və reqlament çətinliklərini nəzərə alsaq, heyəti əvvəlcədən formalaşdırmaq vacib idi. Gözlənilməz dəyişikliklər əvvəlki illərlə müqayisədə fərqli bir yanaşma tələb edirlər.
İnanırıq ki, son əlli ildə Ferrari-nin ən istedadlı və ən gənc cütlüyü olan Şarl Lekler və Karlos Sains hədəflərimizə çatmaq üçün ən yaxşı imkan olacaq”.
Karlos Sains: “2021-ci ildə Ferrari-yə qoşulmaqdan çox məmnunam və komandada gələcəyimdən həyəcanlıyam. Ancaq məni McLaren-də daha bir vacib il gözləyir və mən bu mövsüm onlarla birlikdə keçirməyi səbirsizliklə gözləyirəm”.