F-1.az bildirir ki, dünən müstəntiqlər Nissan-ın Yokohoma şəhərindəki mənzil qərargahında Qonla görüşüblər və daha sonra onu həbs ediblər.
Nissan bir neçə aydır ki, Qona qarşı şirkətdaxili araşdırmalar aparıldığını açıqlayıb. Araşdırmalardan Karlosun hesabatlarda şəxsi gəlirlərini azaltması və şirkətin vəsaitlərini öz şəxsi ehtiyacları üçün istifadə etdiyi üzə çıxıb. Şirkət bu məlumatları Yaponiyanın hüquq-mühafizə orqanlarına göndərib və onlarla əməkdaşlıq etməyə hazır olduğunu bildirib.
Direktorlar şurasının növbəti iclasında Karlosun vəzifəsindən uzaqlaşdırılması gözlənilir. Baş verənlərin Renault-nun Formula1 və Formula E-dəki çıxışlarına necə təsir edəcəyini indidən demək mümkün deyil…