F-1.az bildirir ki, relizdə finlandiyalı sürücünü kimin əvəz edəcəyi bildirilməyib.
Relizdə deyilir: “Ferrari-nin heyətində dünya çempionu titulunu qazanan sürücü olaraq, Kimi daim ailənin bir hissəsi və komandanın tarixi kimi qalacaq. Biz Kimiyə hər şeyə görə təşəkkür edirik və ona, ailəsinə uğur arzulayırıq”.
Sauber komandasının sürücüsü Şarl Leklerin komandaya təyinatı gözlənilir.
Xatırladaq ki, Rəykkönen 2007-ci ildə Ferrari-yə gəlmiş və ilk ilindəcə dünya çempionu titulunu qazanmışdı – bu titul komandanın tarixində sonuncudur. Bundan sonra daha iki il komandada yarışan finlandiyalı sürücü F1-dən getmişdi. 2012-ci ildə Lotus-un heyətində çempionata qayıdan Kimi 2014-cü ildən Ferrari-yə dəvət olunmuşdu. Skuderiyaya qayıtdıqdan sonra Kimi qələbə qazana bilməyib.