Rəsmən: K.Horner 2026-cı ilə qədər Red Bull-da qalacaq

Red Bull komandası Kristian Horner ilə yeni müqavilə bağlayıb.

F-1.az bildirir ki, yeni müqaviləyə əsasən Horner “qırmızı öküzlər”lə 2026-cı ilə qədər işləyəcək. Xatırladaq ki, britaniyalı rəhbər komandaya 2005-ci ildə qoşulub və o vaxtdan Avstriya təmsilçisinin rəhbəridir. Red Bull onun təhbərliyində 4 dəfə Mühəndislər, 5 dəfə isə Sürücülər Çempionatının qalibi olub.

Red Bull şirkəti çempion heyəti qorumaq istəyir. Buna görə də ilk iş Horneri komandada saxlamaq idi. Bunu daha əvvəl şirkətin idman məsləhətçisi Helmut Marko da demişdi: “Horner xarizmatik komanda rəhbəridir. Hazırda onun müqaviləsini 2026-cı ilə qədər uzatmaq üçün işləyirik. Yeni motor reqlamentinə qədər heyətimizi qorumaq istəyirik”.

Bu gün Hornerin Red Bull-la 2026-cı ilə qədər müqavilə bağladığı məlum olub. Tərəflər də bunu təsdiqləyiblər. Avstriya təmsilçisinin növbəti hədəfi Maks Ferstappendir.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*