Rəsmən: K.Aylot Alfa Romeo-nun test sürücüsüdür

Ferrari komandasının test pilotu olan Kalyum Aylot artıq eyni zamanda Alfa Romeo-nun ehtiyat sürücüsü olacaq.

F-1.az bildirir ki, gənc britaniyalı sürücü Portimao-da birinci sərbəst yürüşlərdə sükan arxasına keçəcək, lakin onun kimi əvəzləyəcəyi hələ də müəmmalıdır.

Gənc pilot Robert Kubitsanın yoxluğunda komandanın ehtiyat sürücüsü olacaq. Keçən il Əbu Dabi testlərində Alfa Romeo-nu sürən Kalyum bu mövsüm ilk dəfə F1 bolidinin sükanı arxasına keçəcək.

Kalyum Aylot: “Komandaya qatıldığım üçün xoşbəxtəm. Mənə inandıqları üçün onlara təşəkkür edirəm. Keçən il bu komanda ilə bəzi sessiyalara çıxmışdım və bolidi tanıyıram. Komandama kömək etmək üçün səbirsizlənirəm”.

Frederik Vassyör: “Kalyumu transfer etdiyimiz üçün sevincliyəm. Aşağı seriyalarda əla çıxış etmişdi. Gənc sürücülər arasında ən yaxşılardan biridir. O, əvvəl də bizimlə işləyib və onun iş əxlaqından və geribildirimlərindən razı qalmışıq. Bu həftəsonu onu trasda görmək üçün səbirsizlənirik”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*