Rəsmən: J.Byanki Marussia-da Razianı əvəz edəcək

Luis Razia müqavilə öhdəliklərini yerinə yetirməyib, ona görə də bu gün axşam elan olunub ki, martın 1-dən braziliyalı sürücünü Marussia-nın […]

Luis Razia müqavilə öhdəliklərini yerinə yetirməyib, ona görə də bu gün axşam elan olunub ki, martın 1-dən braziliyalı sürücünü Marussia-nın heyətində Jül Byanki əvəz edəcək.

Byanki Ferrari Akademiyasının dinləyicisidir, keçən il fransalı sürücü Dünya Renault seriyasında ikinci olub və sərbəst yürüşlərdə Force İndia-nın heyətində işləyib. Onu bu il Hindiistan komandasına əsas namizəd hesab edirdilər, amma komanda dünən Adrian Sutili seçib. Ferrari rəhbərliyi ilə qısa danışıqlardan sonra sürücünün Marussia komandası ilə müqaviləsi imzalanıb.

Barselonada ikinci test günü başa çatdıqdan sonra Marussia-nın boksuna çoxlu jurnalist toplaşıb, komandanın başçısı Con But və Marussia-nın kombinezonunda Jül Byanki onlarıjn önünə çıxıblar…

Con But, komandanın başçısı: “Biz Jül Byankinin Marussia-nın heyətində salamlamağa şadıq. Onun istedadına şübhəmiz yoxdur – aşağı seriyalarda, xüsusən də keçən il Dünya Renault seriyasında, gənc sürücülərin testlərində, keçənilki sərbəst yürüşlərdə Byanki nəyə qadir olduğunu göstərib. Byanki Ferrari Akademiyasının dinləyicisidir, bir çox komanda onu öz heyətində görmək istəyirdi.

Biz elə bir vəziyyətə düşdük ki, Luis Razia ilə müqaviləni vaxtından əvvəl pozmalı olduq. Ona görə də biz yeni sürücü seçməli olduq.

İndi biz testləri davam etdirmək barədə düşünürük, qarşıdakı mövsüm bizim üçün uğurlu olmalıdır. Biz ümid edirik ki, Jül komandaya tez öyrəşəcək.”

Jül Byanki: “Mən şadam ki, qarşıdakı mövsümü Marussia komandasında keçirəcəm. Qışda mənim əsas məqsədim Formula1-də debüt etmək idi. Bir neçə variantı qiymətləndirdikdən sonra mən bu imkanı almağa xoşbəxtəm və karyeramda növbəti addımı atmağa hazır olduğumu göstərmək istəyirəm.

Mən Ferrari Akademiyasına minnətdaram, onlar həmişə məni dəstəkləyiblər və yeni vəzifələri reallaşdırmağa kəmək olublar. Qarşıdakı iki həftə ərzində çempionata maksimum hazırlaşmalıyam, amma sabah ilk dəfə MR02-ni yoxlamağa artıq hazıram.”

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*