Rəsmən: İndy 500 yarışı da təxirə salınıb

İndyCar seriyasının təşkilatçıları əfsanəvi İndianapolisin 500 millik marafonunun mayın 24-dən avqustun 23-nə təxirə salındığını elan ediblər.

F-1.az xatırladır ki, mövsümün ilk dörd yarışı təxirə salındıqdan sonra təşkilatçılar ciddi cəhdlə əfsanəvi yarışla mövsümə start verməyə çalışırdılar. Amma bunu etmək mümkün olmayıb. Bundan əlavə, bu trasda mayın 9-da baş tutmalı olan GMR Grand Prix mərhələsi də təxirə salınıb – bu mərhələ əsrin əvvəllərində F1 yarışları keçən konfiqurasyada baş tutur…

Rocer Penske, təşkilatçı: “İndianapolisdə may ayı ilin ən gözəl vaxtıdır, mənim də sevdiyim vaxtdır. Azarkeşlər kimi, mən də 500 millik yarışımızı təxirə salmağımızdan məyus oldum.

Bununla birlikdə yarış iştirakçılarının, eləcə də tamaşaçıların sağlamlığı və təhlükəsizliyi bizim prioritet məsələmizdir. Mərhələlərin təxirə salınmasını qarşımızda duran şərtlər və məhdudiyyətləri nəzərə alaraq məsuliyyətli bir qərar hesab edirəm…”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*