Rəsmən: İdman TV kanalı çempionatın yayımına davam edəcək

Növbəti dünya çempionatının startına sayılı günlər qalıb və ölkəmizdə çoxsaylı azarkeşlərin çoxdan gözlədikləri xəbər bu gün təsdiqini tapıb.

F-1.az xatırladır ki, tarixdə ilk dəfə 23 yarışın yer aldığı təqvimdə 7-ci dəfə baş tutacaq Azərbaycan Qran Prisi də var. Milli yarışımız gələn ayın son günlərində doğma Bakımızın küçələrində keçiriləcək.

Bu il çempionat bütün dünyada daha səbirsizliklə gözlənilir. Çünki keçən il yeni texniki reqlamentin tətbiqi peletonda qüvvələr nisbətinin dəyişməsi ilə nəticələnib və bu il 8 dəfə ardıcıl çempionluq qazanmış Mercedes-in revanşı gözlənilir. Əlbəttə, Lyuis Həmiltonun azarkeşləri sevimli sürücülərinin 8-ci titulunu qazanmasını, Fernando Alonsonun həvəskarları Aston Martin-lə podiumlara qalxmasını, tiffozilər uzun müddət davam edən titulsuz mövsümlər seriyasının qırılmasını, Super Maks fanatları isə niderlandlı sürücünün ardıcıl 3-cü titul qazanmasını istəyirlər.

Ölkəmizdəki F1 azarkeşlərini maraqlandıran mühüm məsələlərdən biri isə çempionatın hansı kanalla yayımlanması məsələsi idi.

Bu məsələyə bir qədər əvvəl aydınlıq gətirilib. Belə ki, artıq yarışların yayım hüququ telekanal tərəfindən alınıb və azarkeşlər bu yarışları yenə də İdman TV kanalında, ənənəvi və tanıdıqları şərhçilər Siyavuş Əliyevlə Rəhim Əliyevin təqdimatında izləyə biləcəklər.

Formula1 azarkeşlərini idmanın ana kanalında ana dilimizdə izləməyə dəvət edirik…

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*