F-1.az xatırladır ki, Niko Hülkenberq üçillik fasilədən sonra bu il Haas komandası ilə Formula1-ə qayıtmış və qənaətbəxş nəticələr əldə etmişdi.
Almaniyalı sürücü hazırda 14-cü yerdədir. Onun komanda yoldaşı Kevin Maqnussen isə 18-ci yerdə qərarlaşıb. Haas komandası bu iki sürücü ilə bu il 11 xal toplayıb və səkkizinci yerdədir.
Yeni müqaviləyə görə hər iki sürücü 2024-cü ilin sonuna qədər komandada qalacaq.
Haas komandasının rəhbəri Günter Ştayner: “Bu mövsüm sürücü heyətimiz çox yaxşıdır. Növbəti mövsüm üçün onları dəyişməyə bir səbəb yoxdur. Kevini yaxşı tanıyırıq. Haas ilə yeddinci mövsümünü keçirir və buna görə xoşbəxtəm. Komanda ilə 113 yarışa çıxmış Kevinin potensialına bələdik və komandanı yaxşı tanıması bizə çox şey qatır.
Boksun digər hissəsində isə Niko var. O, komandaya tez öyrəşdi və bizim çox dəyərli üzvümüzdür. Formula1-də 200-cü yarışına yaxınlaşır. Biz bu təcrübədən faydalanmaqdan qürur duyuruq.
Bu mövsüm VF23-ün problemlərini həll etməliyik. Bunu bilirik, amma bizim mühəndislik bacarıqları olan iki sürücümüz var və secincliyik. Kevin və Niko yaxşı yola gedirlər. Birlikdə yaxşı xallar qazanıblar. Niko xüsusilə sıralanma turunda çox güclüdür. Altı dəfə son sessiyaya yüksəldi.
Hər ikisi idmandakı dövrlərindən həzz alırlar. Hər ikisi də yetişkin insanlardır. Onlardan nə istədiyimizi yaxşı anlayırlar. İndi isə komanda olaraq 2024-cü ilə köklənməli və stabil olaraq xal qazanan maşın düzəltməliyik”.
Kevin Maqnussen: “Haas ilə olan müqavilənin uzadılmasına görə sevincliyəm. 2022-ci ildə gözlənilmədən komandaya qayıtdım. Bu mövsüm istədiyimiz kimi keçməsə də, xal qazana bildik və paketimizin potensialını göstərdik.
2023-cü ilin bitməsinə çox yarış var. VF-23-ü anlamaq üçün çox iş görməliyik. Bu maşında öyrəndiklərimizi 2024-cü ilin maşınına tətbiq edə bilərik. Mənə sevdiyim idmanda yarışmaq şansı verən Cin Haas və Günter Ştaynerə təşəkkür edirəm”.
Niko Hülkenberq: “Növbəti mövsüm üçün bu mövzuları həll edib, yarışmağa və performansı artırmağa köklənə bilərik.
Komandanın bir hissəsi olmaqdan həzz alıram. Cin və Günterin buradakı hədəflərinə mən də şərikəm. Orta qrupda mübarizə çox sıxdır. İndiyə kimi gördüyümüz işlərə daha artığını qoyaraq, 2024-cü ilə hazırlaşa bilərik”.