Rəsmən: Hülkenberq də yarışın startında 3 yer itirəcək

Haas komandasının sürücüsü Niko Hülkenberq sıralanma turunda qırmızı bayraqlara məhəl qoymadığı üçün cərimələnib və startda 3 yer itirəcək.

F-1.az xatırladır ki, almaniyalı sürücü Kanadadakı sıralanma turunda ikinci olmuşdu və hamını təəccüblındirmişdi. Lakin sessiyadan sonra stüardlar qırmızı bayraqlara məhəl qoymadığına görə 35 yaşlı sürücünü çağırmışdılar.

Qırmızı bayraqdan sonra sürücülərin pitə qayıtması üçün minimum zamanları var. Stüardlar Hüllkenberqin icbari delta vaxtın görə çox yavaş getdiyini görüblər. Buna görə də 3 fərqli stüard Hülkenberqin və komanda təmsilçilərinin ifadələrini dinləyib, radio danışıqlarını nəzərdən keçirdikdən sonra qərar veriblər. Beləliklə, Hülkenberqə yarışın startında 3 yer itirəcək. Almaniyalı pilot bu cəzdan sonra 2-ci yerdən 5-ci yerə geriləyib.

Qeyd edək ki, daha əvvəl Karlos Sayns, Yuki Tsunoda və Ləns Stroll rəqiblərini əngəlldikləri üçün yarışın startında 3 yer itirmək cəzası almışdılar.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*