Rəsmən: Hülkenberq Aston Martin-in ehtiyat sürücüsüdür

Aston Martin komandası Niko Hülkenberqi ehtiyat sürücü kimi heyətinə qatıb.

F-1.az xatırladır ki, almaniyalı sürücü keçən il komandada həm Peresi, həm də Strollu koronavirusa yoluxan zaman əvəz etmişdi.

Niko Hülkenberq: “Bu müqaviləni əvvəldən bağlamaq əladır. Keçən il bolidə oturanda hazır olmurdum. Yenidən bu komanda ilə işləyəcəm və xoşbəxtəm. Onlar üçün çox yarışa çıxmışam.

Ümid edirəm ki, Sebastyan da, Ləns də problemsiz mövsüm keçirərlər. Lakin lazım olsa, mən də bolidə oturub, mübarizə aparacam”.

Komandanın rəhbəri Otmar Safnauer: “Niko komandaya rəsmi olaraq yenidən qatıldı. Bu dəfə ehtiyat və developer sürücü kimi. Çox sevincliyik. Belə çətin anlarda təcrübəli sürücüyə ehtiyac olur.

Niko keçən il isbat etdi ki, istənilən vaxt yaxşı performans göstərə bilər. İndi isə bolidə tez öyrəcək və daha yaxşı iş görəcək. Ona güvənirik”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*