F-1.az bildirir ki, Red Bull-un törəmə komandası yaponlarla uzunmüddətli müqavilə imzalayıb…
Frants Tost, Toro Rosso: “Komandanın bütün əməkdaşları Honda ilə işə başlamağı səbirsizliklə gözləyirlər. Şirkətin qurucusu Soitiro Honda avtoidmana gəldikdən sonra şirkət həmişə ön sıralarda yer alıb. Biz ümid edirik ki, Honda ilə əməkdaşlıq bizim də inkişafımıza səbəb olacaq”.
Takahiro Haçiqo, Honda Motor Co: “Toro Rosso gənc sürücüləri olan təcrübəli komandadır, gələcəyin ulduzları bu komandada yetişirlər. Honda-nın bütün işçiləri səbirsizliklə Toro Rosso ilə əməkdaşlığın başlanmasını gözləyirlər və biz F1 tariximizdə yeni səhifəyə başlayırıq. Ümid edirik ki, bu səhifə əvvəlki bir neçə səhifədən daha uğurlu olacaq…”