F-1.az xatırladır ki, Honda Formula1-də qalmaqçün xərclərin azalmasının vacib olduğunu bildirmişdi. Yaponiyalılar qərar verməmişdən əvvəl 2021-ci ildəki reqlamentin yayımlanmasını gözləyirdilər. Buna əsasən də maliyyəti dəyərləndirəcəkdilər.
Honda bu gün verdiyi açıqlama ilə Red Bull və Toro Rosso ilə daha birillik müqavilə bağladığını bəyan edib. Müqavilə 2021-ci ilin sonunda bitəcək. Şirkətin Formula1-dəki gələcəyi müəmmalıdır.
Qeyd edək ki, Red Bull bu il Honda ilə 2 poul və 3 qələbə qazanıb. Toro Rosso komandasının sürücüləri isə bu mövsüm iki dəfə podiuma yüksəliblər. Yaponiyalı motor istehsalçısı idmana qayıtdıqdan sonra ilk dəfə keçən həftə Braziliyada podiumun ilk pilləsini tutmuşdu.