Rəsmən: Hollandiya 35 ildən sonra təqvimə qayıdır

Hollandiya gələn mövsüm Zandfort trası ilə 35 ildən sonra yenidən Formula1 təqviminə qayıdır.

F-1.az bildirir ki, tras FİA-nın bütün standartlarına cavab verib. Qeyd edək ki, Formula1 tarixi ərzində 30 Hollandiya Qran Prisi baş tutub. Zambaqlar ölkəsində sonuncu yarış 1985-ci ildə keçirilib. Hollandiya Qran Prisinin titul sponsoru Heineken olacaq.

Çeyz Keri: “Hollandiyanın Zandfort trasl ilə yenidən təqvimə qayıdacağını xəbər verdiyimiz üçün sevincliyik. Biz vəzifəyə gələndə demişdik ki, idmandakı tarixi traslarda yarışacağıq.

Gələn il Vyetnamda və 35 ildən sonra Hollandiyada debüt edəcəyik. Bu tras idmanın populyarlığını artıracaq”.

Hollandiya Qran Prisinin idman direktoru Yan Lammers də təqvimə qayıtdıqları üçün xoşbəxt olduqlarını deyib: “Formula1-in və FİA-nın istəklərini qarşılamaq üçün bəzi nüanslarda təkmilləşməliyik. Gələnilki yarışdan əvvəl hər şey hazır olmalıdır”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*