Rəsmən: Hirakava McLaren-in ehtiyat sürücüsüdür

2022-ci ili 24 saatlıq Le Man marafonunda qalib gəlmiş Rio Hirakava artıq McLaren komandasının ehtiyat sürücüsü olacaq.

F-1.az xatırladır ki, yaponiyalı sürücü McLaren-in gənc sürücü proqramının üzvüdür. O, həm simulyatorda işləyəcək, həm də McLaren-in 2021-ci il bolidi MCL35M ilə test proqramında iştirak edəcək.

29 yaşlı sürücü son 3 mövsümdə Dünya Dözümlülük Çempionatında çıxış edib və orada Toyota üçün sürməyə davam edəcək.

Rio Hirakava: “McLaren komandasına ehtiyat sürücü kimi qatıldığım üçün sevinirəm. Belə gözəl komanda ilə yarışmaq həyəcanvericidir. Vu fürsəti mənə verdikləri üçün Andrea Stella və Zek Brauna minnətdaram. Komanda ilə tanış oldum və bazadakı simulyatoru sınadım. Bu da işə başlamağıma kömək etdi. Artıq tamamilə hazıram və 2023-cü ilin qalanına fokuslanmışam.

İki komandada işləməyimə icazə verən Toyotaya da minnətdaram. Məni həmişə dəstəkləyən Morizo-sana (Toyota-nın idarə heyətinin rəhbəri Akio Toyoda) da təşəkkür edirəm”.

Komanda rəhbəri Andrea Stella: “Rionu komandaya dəvət etdirim üçün çox məmnunam. Ona icazə verdikləri üçün Toyota Gazoo Racing-ə də təşəkkür edirəm. Le Man qələbəsindən başqa WEC-də də çempion olan Rionun yarışlarda təsiredici keçmişi var.

Simulyatorda işləmiş Rio ilə yaxından çalışmağı səbirsizliklə gözləyirik. Onun zəngin təcrübəsi komandaya çox sahədə kömək edəcək”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*