Rəsmən: Haas yeni titul sponsoru tapıb

Haas komandası ödəmə sahəsində adlı-sanlı şirkətlərdən olan MoneyGram ilə tərəfdaşlığa başlayıb.

F-1.az bildirir ki, MoneyGram Amerika komandasının titul sponsoru olacaq. Tərəflər çoxillik müqavilə bağlayıblar. Komandanın rəng çalarının da növbəti mövsümdən dəyişməsi gözlənilir.

Xatırladaq ki, Haas komandası daha əvvəl Rich Energy və Uralkali ilə titul sponsorluğu müqaviləsi imzalamış və hər ikisi ilə qalmaqallı şəkildə ayrılmışdı. Buna görə də Haas doğru namizəd axtarırdı.

Cin Haas: “MoneyGram kimi önəmli brendi titul sponsoru kimi qəbil etmək inanılmazdır. Biz idmana 2016-cı ilə girdik və bu müddətdə gücümüzlə, çevikliyimizlə və dözümümüzlə adımızı etibarlı komandaların arasına yazdırdıq.

MoneyGram maliyyə xidmətləri dünyasında yenilikçi firmadır və onlarla uğur qazanmağa hazırıq”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*