F-1.az xatırladır ki, amerikanlar Mercedes komandasından sonra gələn il üçün heyətində dəyişiklik etməyəcək ikinci komanda olublar. Beləliklə, Roman Qrojan komanda ilə dördüncü, Kevin Maqnussen isə üçüncü mövsümünü keçirəcək…
Günter Ştayner: “Çempionatda debüt ilimizdən həmişə təcrübəli sürücülərə üstünlük vermişik ki, komandanın və maşının inkişafını sürətləndirək. Hazırda bizim komandada iki güclü və təcrübəli sürücü var, keçən illə müqayisədə ciddi inkişaf etmişik, ona görə də Roman və Kevinlə müqavilələrin uzadılması formal xarakter daşıyırdı…”
Kevin Maqnussen: “Komandada mənim vəziyyətim çox rahatdır. Bu komandada hər bir kəs ruhən sürücüdür, bizim hamımız eyni məqsədə çatmağa çalışırıq. Bu komandada bürokratiya yoxdur, hər şey sadə və başa düşüləndir.
Cin Haas üçün əsas odur ki, komanda maksimum effektiv işləsin və Günterlə birlikdə onlar düzgün şərait qurublar, hamı 100% çalışır. Biz bir-birimizə inanırıq və məhz buna gör də məqsədimizə çatacağıq…”
Roman Qrojan: “Qısa zaman kəsiyində komandanın nəyə nail olduğuna baxmaq ayrı bir aləmdir. Mən komanda ilə ilk debütündən əməkdaşlıq etmişəm, ona gör də komandanı bu gün rəqabətədavamlı səviyyəyə çatdıran hər bir kəslə fəxr edirəm.
Mən Haas-la əməkdaşlığımı davam etdirməyə çox xoşbəxtəm və əvvəlki kimi Haas Automation şirkətini və bizim bütün tərəfdaşlarımızı təmsil etməyə şad olacam. Cin Haas xüsusi bir komanda qurub, onunla birlikdə komandanı daha yaxşı etməyə çalışacam – bu komandanın bir hissəsi olmaq böyük şərəfdir!”