Rəsmən: Gələn il 6 sprint yarışı olacaq

Beynəlxalq Avtoidman Şurasının rəsmi razılığından sonra FİA gələn il 6 sptint yarışının olacağını təsdiqləyib.

F-1.az xatırladır ki, gələn il 6 sprint yarışının olacağı gözlənilirdi. Lakin Mohammed Ben Sulayem bəzi burokrarik işlərə görə qərarı gecikdirirdi. Hətta, FİA-nın bu hərəkəti komandaların və təşkilatçıların sərt reaksiyasına səbəb olmuşdu. Lakin bu gün nəhayət ki, qərar təsdiqlənib.

Stefano Domenikali: “Bu format ilk dəfə 2021-ci ildə tətbiq olundu və uğurlu alındı. Buna görə də gələn ildən 6 sprint yarışı izləyəcəyik.

Sprint yarışında daha çox həyəcan olur. Belə olanda həftəsonu daha dramatik və həyəcanlı keçir. Azarkeşlərdən, komandalardan, təşkilatçılardan və ortaqlardan gələn geribildirimlər müsbət yöndədir. Bu format hesabına Formula1-ə yeni həyəcan gəlir”.

Gələn il sprint yarışlarının Bəhreyn, İmola, Kanada, Avstriya, Niderland və Brazliliyada olması gözlənilir.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*