Rəsmən: Furmo WRC2-də yarışacaq

M-Sport komandası növbəti mövsümdən WRC2-də iki maşınla çıxış edəcək və Adrian Furmo sürücülərdən biri olacaq.

F-1.az xatırladır ki, Furmo bu il WRC-də yarışsa da, zəif performans göstərmişdi və buna görə o yenidən aşağı seriyaya göndərilir. O, Belçika rallisində ağır qəza etmiş və maşını pis günə qoymuşdu. M-Sport bu qəzaya görə növbəti iki ralliyə çıxa bilməmişdi.

Adrian Furmo: “Ardıcıl dördüncü mövsüm burada yarışdığım üçün sevinirəm və növbəti ay monte Karlo rallisinin səbirsizliklə gözləyirəm. Yeni ildən sonra Fiesta Rally2 ilə testlər edəcəyik. Mənə güvəndikləri üçün komandaya təşəkkür edirəm”.

 

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*