F-1.az bildirir ki, çempionat martın 21-də Melburnda start alacaq və dekabrın 5-də Əbu Dabidə başa çatacaq. Ümumilikdə, təqvimdə 23 mərhələ planlaşdırılıb, amma Vyetnamda yarışın keçiriləcəyi tarix – 25 aprel hələ də boş saxlanılıb.
Bakıda baş tutacaq Azərbaycan Qran Prisinin iyunun 6-da keçirilməsi planlaşdırılıb. Barselona və San Pauludakı yarışlar təqvimə əvvəlcədən daxil edilsələr də, müqavilənin şərtləri barədə razılığa ehtiyac var. Ancaq Səudiyyə Ərəbistanı Qran Prisinin debütü təsdiqlənib – yarış noyabrın 28-də keçiriləcək.
Təqvim hələ FİA-nın Ümumdünya Şurasının iclasında təsdiqlənməlidir, lakin bu, rəsmiyyətdən başqa bir şey deyil.
Tarix | Qran Pri | Keçirilmə yeri |
21 mart | Avstraliya | Melburn |
28 mart | Bəhreyn | Saxir |
11 aprel | Çin | Şanxay |
25 aprel | Sonra elan olunacaq | Sonra elan olunacaq |
9 may* | İspaniya | Barselona |
23 may | Monako | Monako |
6 iyun | Azərbaycan | Bakı |
13 iyun | Kanada | Monreal |
27 iyun | Fransa | Le Kastelle |
4 iyul | Avstriya | Şpilberq |
18 iyul | Böyük Britaniya | Silverstoun |
1 avqust | Macarıstan | Budapeşt |
29 avqust | Belçika | Spa |
5 sentyabr | Niderland | Zandfort |
12 senyuabr | İtaliya | Montsa |
26 sentyabr | Rusiya | Soçi |
3 oktyabr | Sinqapur | Sinqapur |
10 oktyabr | Yaponiya | Suzuka |
24 oktyabr | ABŞ | Ostin |
31 oktyabr | Meksika | Mexiko |
14 noyabr* | Braziliya | San Paulu |
28 noyabr | Səudiyyə Ərəbistanı | Ciddə |
5 dekabr | Əbu Dabi | Yas Marina |
* – müqavilənin dəqiqləşdirilməsi tələb olunur