F-1.az xatırladır ki, təqvimin ilk Avropa hissəsi hələ iyun ayının əvvəlində təsdiq olunmuşdu və 8 yarışdan ibarət idi. Bir müddət sonra bu təqvimə daha iki yarış əlavə olunmuşdu. Düz bir ay əvvəl isə builki mövsümdəki yarışların sayı 13-ə çatdırılmışdı.
Bir çox pilotun sevimli trası olan İstanbul Park 9 illik fasilədən sonra 13-15 noyabr tarixlərində Türkiyə Qran Prisinə ev sahibliyi edəcək. Ondan iki həftə sonra iştirakçılar Bəhreynə yollancaqlar – burada ardıcıl 2 həftə yarış baş tutacaq. Ənənəvi Bəhreyn Qran Prisi 27-29 noyabr tarixlərində, Saxir Qran Prisi isə 4-6 dekabr tarixlərində keçiriləcək. Builki mövsümə 11-13 dekabr tarixlərində Əbu Dabidə yekun vurulacaq.
Formula1-in rəsmi açıqlaması: “Türkiyənin, Bəhreynin (2 yarış) və Əbu Dabinin builki yenidən hazırlanmış təqvimin bir parçası olacaqlarını təsdiq edə bilərik və bütün tərəfdaşlarımıza bu mövsüm üçün 17 yarış təşkil etmək üçün göstərdikləri təşəbbüslərinə görə təşəkkür edirik.
Çin Qran Prisini bu il təşkil edə bilməyəcəyimizi təəssüf hissi ilə qeyd etmək istəyirik və Juss Sport-a son aylardakı səylərinə və göstərdikləri dəstəyə görə təşəkkür edirik, Şanxaya gələn il qayıtmağı səbirsizliklə gözləyirik.
Baş tutacaq bir sıra yarışlara məhdud sayda azarkeş buraxa biləcəyik, bunun üzərində çalışmalarımız davam edir. Hər nə qədər tribunaları dolu görmək istəsək də, iştirakçıların, tamaşaçıların təhlükəsizliyi prioritet olaraq qalır və bu amilləri nəzərə alaraq onların tribunaya girişini nəzərdən keçiririk.
COVİD-19 pandemiyası davam etdiyi üçün həm hər bir ölkənin tətbiq etdiyi məhdudiyyətləri və tədbirləri yaxından izləyir, həm də hökumətlərlə yaxın dialoqumuzu davam etdiririk”.
Çeyz Keri: “Türkiyə, Bəhreyn və Əbu Dabinin builki mövsümün bir parçası olacaqlarını açıqlamaqdn qürur duyuruq. Formula1 və bütün dünya bu il misli görünməmiş bir mübarizə ilə qarşı-qarşıya qaldı və biz bunu mümkün edən, Formula1 ilə bağlı olan hər kəsə – FİA-ya, komandalara və azarkeşlərə öz hörmətimizi bildirmək istəyirik.
Əvvəldən planlaşdırılmış bəzi yarışların baş tutmamasına hamımızın üzülməsinə baxmayaraq, mövsümün yaxşı start alıb və növbəti yarışlarda da azarkeşlərimizə bol həyəcan və əyləncə bəxş edə biləcəyimizə əminəm”.
Sıra | Tarix | Ölkə |
1 | 3-5 iyul | Avstriya |
2 | 10-12 iyul | Avstriya |
3 | 17-19 iyul | Macarıstan |
4 | 31 iyul – 2 avqust | Böyük Britaniya |
5 | 7-9 avqust | Böyük Britaniya |
6 | 14-16 avqust | İspaniya |
7 | 28-30 avqust | Belçika |
8 | 4-6 sentyabr | İtaliya |
9 | 11-13 sentyavr | Toskana |
10 | 25-27 sentyabr | Rusiya |
11 | 9-11 oktyabr | Almaniya |
12 | 23-25 oktyabr | Portuqaliya |
13 | 30 oktyabr – 2 noyabr | İtaliya |
14 | 13-15 noyabr | Türkiyə |
15 | 27-29 noyabr | Bəhreyn |
16 | 4-6 dekabr | Bəhreyn |
17 | 11-13 dekabr | Əbu Dabi |